Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
36 yaşlı İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar 17 yaşlı N.Süleymanova, 8 yaşlı N.Süleymanov və 7 yaşlı Y.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ