Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərinin Corat Qəsəbəsində 36 yaşlı Ağahüseyn İmanovun öldürülüb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ