İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumıda təhlükə böyüyür – Ukrayna kəndləri boşaldır, yeni hücum gözlənilir

Ukrayna Rusiya ordusunun hücumlarının intensivləşməsi fonunda Sumı vilayətində yeni təxliyə qərarı verib.

Musavat.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya ilə sərhəddə yerləşən 11 kənd və yaşayış məntəqəsi güclü atəşə tutulduğuna görə məcburi şəkildə boşaldılır. Beləliklə, Kurks, Bryansk və Belqorod vilayətləri ilə sərhəddə yerləşən, təxliyə edilən yaşayış məntəqələrinin ümumi sayı 213-ə çatıb.

Eyni zamanda Rusiya Müdafiə Nazirliyi şənbə günü daha bir kənd – Vodolaha kəndinin ələ keçirildiyini açıqlayıb. Ukrayna Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenkonun sözlərinə görə, Rusiya yaxın günlərdə Sumı şəhərinə hücum cəhdinə hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR