İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhün yeni məntiqi sərhəd demarkasiyasında həll olunacaq” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində və regionda sülh prosesinə dair yeni açıqlamalarla çıxış edib.

Musavat.com-un xəbərinə görə, Paşinyan bildirib ki, Vaşinqton razılaşmalarından və 30 ildən artıq davam edən blokadadan sonra Ermənistan nəhayət açılmağa başlayır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə birlikdə ABŞ-ın keçmiş Prezidenti Donald Trampa Nobel mükafatı verilməsi üçün Beynəlxalq Nobel Komitəsinə müraciət edilməsi barədə razılıq əldə olunub.

Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan və Naxçıvan Ermənistan Respublikası vasitəsilə maneəsiz şəkildə əlaqələndiriləcək.

Paşinyan sülhün yeni məntiqinə də diqqət çəkib:

“Əgər biz deyiriksə, Ermənistanın suveren əraziləri var və onlar Azərbaycanın nəzarətindədir, onda eyni zamanda deməliyik ki, Azərbaycanın da suveren əraziləri var və onlar bizim nəzarətimizdədir. Bu qarşılıqlı məsələ sərhədlərin demarkasiyası prosesində həll olunmalıdır”.

Ermənistan hökumət başçısı əlavə edib ki, bu strategiyaya qarşı çıxan hər kəs könüllü və ya qeyri-ixtiyari şəkildə münaqişənin yenidən dirçəldilməsi məntiqinə düşür. O, həmçinin Qarabağdan köçürülmüş ermənilərin Ermənistanda məskunlaşdırılmalı, işləməli və ölkənin tamhüquqlu vətəndaşları kimi möhkəmlənməli olduqlarını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR