İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh sazişinin imzalanmasından danışmaq hələ tezdir” - Paşinyan

Bu gün səhər saatlarında Ermənistan ordusunun əl atdığı Zod təxribatının ardınca baş nazir Nikol Paşinyan qarşıdakı görüşün taleyi ilə bağlı mövqeyini açıqlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Bazar günü danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm”- Paşinyan mayın 11-də hökumətin iclasında bildirib. Ermənistanın baş naziri ardınca sülh sazişinin nə dərəcədə real olmasından bəhs edib. “Mən Brüsselə getsəm, güman etdiyim kimi, müəyyən qüvvələr tərəfindən veriləcək suala cavab vermək istəyirəm. Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir”, - Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR