İnsanlara hürriyət, millətlərə istiqlal!

Sui-qəsdə məruz qalan Fazil Mustafadan YENİ AÇIQLAMA: “Bu mənə nəsib olmadı…”

“Sabah Ramazan bayramıdır, hamınıza xeyir, bərəkət, məmləkətimizə barış arzulayıram. Son otuz ildə ilk dəfə idi bu ayın fəzilətindən faydalanmaq, sonadək Allah qarşısında borcumu yerinə yetirmək nəsib olmadı. Namazı məhdud şərtlərlə də olsa, bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi”.

Musavat.com xəbər verir ki, bu sözləri ötən ay evinin qarşısında sui-qəsd cəhdinə məruz qalmış millət vəkili Fazil Mustafa deyib.

O, səhhəti ilə bağlı da məqamlara da toxunub. Deputat yaralarının tikişlərinin söküldüyünü bildirib.

“Sevindirici hal odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq. Allah millətimizi və dövlətimizi qorusun! Bir daha bu gözəl bayramın bərəkəti ocağınıza yetişsin” - F. Mustafa öz sosial şəbəkə hesabında yazıb.

 

Musavat.com

Screenshot_2.png (37 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR