İnsanlara hürriyət, millətlərə istiqlal!

Sui-qəsd cəhdində Trampı qoruyan Kurrana YÜKSƏK VƏZİFƏ VERİLDİ

Keçən yay Trampa sui-qəsd zamanı prezidenti qoruyan Şon Kurran ABŞ Məxfi Xidmətinin direktoru kimi and içib.

Musavat.com xəbər verir ki, Tramp Ağ Evdə Kurranın andiçmə mərasimində iştirak edib.

Tramp çıxışında Kurranın böyük iş görəcəyini vurğulayıb: “Sizi gözəl ailəsi olan qeyri-adi bir insan olaraq təbrik etmək istəyirəm. Kurran ən mürəkkəb hadisələrdə əməliyyat təhlükəsizlik planlarını idarə etmək qabiliyyətinə malik parlaq liderdir. O, Pensilvaniyada məni bir sui-qəsdçinin gülləsindən xilas etmək üçün öz həyatını riskə ataraq qorxmaz cəsarətini sübut etdi. Onun Gizli Xidməti həmişəkindən daha güclü edəcəyinə tam əminəm”.

Xatırladaq ki, Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən ona silahla hücum edilmişdi. Mitinqə qatılan 1 nəfər ölmüş, 2 nəfər yaralanmış, ABŞ Gizli Xidməti isə hücumçunun zərərsizləşdirildiyini açıqlamışdı.

FTB hücumu sui-qəsd cəhdi olaraq təyin etmiş və araşdırmalardan sonra hadisə yerində öldürülən sui-qəsdçinin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlamışdı.

Sözügedən hadisədən sonra Gizli Xidmət "uğursuzluq və zəif ünsiyyət" səbəbindən çoxlu tənqidlərə məruz qalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR