İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudanda qayığın batması nəticəsində azı 23 nəfər ölüb

Sudanın Suki rayonu yaxınlığında, Nil çayında fermada çalışan qadınları daşıyan qayığın batması nəticəsində azı 23 nəfərin öldüyü bildirilir.

AZƏRTAC rəsmi SUNA agentliyinə istinadla xəbər verir ki, həyatını itirənlərin hamısı qadınlardır. Xilasedicilər onlardan 18-nin cəsədini aşkar ediblər. Cəmi 29 nəfərin olduğu göyərtədəki 5 qadın və qayıq kapitanı olan kişini isə xilas etmək mümkün olub.

Misir hökuməti faciə ilə bağlı qonşu Sudan xalqına və rəhbərliyinə başsağlığı bəyanatı yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR