İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudan ordusu Xartum və Merove hava limanlarına nəzarəti itirib

Sudanda xüsusi təyinatlı qüvvələr paytaxt Xartum və ölkənin şimalındakı Merove şəhərlərindəki aeroportları nəzarət altına alıb.

AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, xüsusi təyinatlıların nəzarəti altına keçən Merove aviabazasında Rusiya istehsalı olan bir neçə hərbi təyyarə qənimət götürülüb.

Bir müddət öncə aviabaza yaxınlığında və onun ərazisində xüsusi təyinatlı qüvvələrlə aerodroma nəzarət edən ordu birləşmələri arasında toqquşmalar başlayıb.

Sudan ordusu isə Xartumda prezident sarayına gedən yolları bağlayıb. Hazırda prezident sarayı orduya məxsus zirehli texnikalarla mühasirəyə alınıb. Şəhərin müxtəlif rayonlarında atışma səsləri eşidilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR