Onlayn ictimai-siyasi qəzet
Uruqvay millisinin futbolçusu Luis Suares yığmanın bu il Qətərdə keçiriləcək dünya çempionatında perspektivlərindən danışıb.
Qol.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində turnirin qalibi ola biləcəklərini deyib: "Uruqvay həmişə dünya çempionatında maksimum gücü ilə çıxış etməyə çalışacaq. Mümkün qədər irəliləyə getməyə çalışacağıq. Niyə dünya çempionu olmayaq? Bunun üçün oyunçularımız var”.
Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ