Onlayn ictimai-siyasi qəzet
Soyuq havaların daha sərt keçdiyi qış aylarında su borularının donması böyük bir problemə çevrilə bilər.
Boruların donması, evdə suyun kəsilməsi, su sızmaları və ya boruların partlamasına səbəb ola bilər.
Bu tip problemlərin qarşısını almaq üçün bir neçə praktik tədbir almaq vacibdir. Bəs su borularının donmaması üçün nə etməliyik?
Su borularını izolyasiya etmək, boruların donmasının qarşısını almaq üçün ən təsirli yollardan biridir. İzolyasiya materialları boruların ətrafında istilik itkisini azaldaraq, suyun donmasını çətinləşdirir. Xüsusilə xarici və ya soyuq havaya açıq olan borular üçün izolyasiya materialları istifadə edilməlidir.
Bəzən boruların çoxu evin xaricində və ya soyuq olan yerlərdə yerləşir. Boruları evin içərisində, xüsusən də istilik mənbələrinə yaxın yerlərdə yerləşdirmək bu riskləri azaldır. Boruların həddindən artıq soyuq yerlərdə yerləşməməsinə diqqət edin.Evinizdəki soyuq havanın daxil olmasına səbəb ola biləcək qapı və pəncərə boşluqlarını yaxşıca bağlayın. Xüsusilə boruların keçdiyi yerlərdə hava sızması olmamalıdır.Su borularının donmasına qarşı effektiv bir üsul da suyun bir az axmasına imkan verməkdir. Hər gün bir neçə saatlıq suyu yüngülcə axıdmaq, boruların içindəki suyun donmasını əngəlləyə bilər.Boruların donmaması üçün elektrikli istilətici cihazlar və ya istilətici kabellərdən istifadə edilə bilər. Bu cihazlar boruları istiləndirərək, suyun donmasını qarşısını alır. Qışdan əvvəl su borularının vəziyyətini yoxlamaq və lazım olduqda təmir etmək çox önəmlidir. Çatlamış və ya köhnəlmiş boruların donmağa meyilli olacağını unutmayın. Boru sistemində çox yüksək təzyiq də donma ehtimalını artırır. Təzyiqi optimallaşdırmaq və sistemin balansını qorumaq boruların donma riskini azaldacaq.
Qeyd edək ki, bu sadə tədbirlər su borularınızın donmasının qarşısını almağa kömək edəcək və qış aylarını daha rahat keçirmənizi təmin edəcək. Evinizdə və iş yerinizdə bu önləyici addımları ataraq soyuq havaların yaratdığı problem və xərcdən qaça bilərsiniz./Milli.az/
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ