İnsanlara hürriyət, millətlərə istiqlal!

Stavridisin qalmaqallı Türkiyə mövqeyi - NATO birliyinə ən böyük maneə

ABŞ-ın keçmiş NATO Müttəfiq Qüvvələri Komandanı və istefada olan admiral Ceyms Stavridis Türkiyə ilə bağlı qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinə danışan Stavridis Türkiyəni NATO birliyinə ən böyük maneə adlandırıb.

Təqaüddə olan komandir Türkiyənin digər NATO ölkələri ilə birlikdə Rusiyaya qarşı sanksiyalarda iştirak etməməsini tənqid edib. O, digər NATO üzvlərinin də səbrinin həddi-hüdudu olduğunu bildirib:

"Ümid edirəm ki, Alyansın Türkiyə və ya İsveç və Finlandiya arasında seçim etməli olacağı bir nöqtəyə çatmayacağıq. Hələ o nöqtədə deyilik və yaz seçkilərində Türkiyədə siyasi mövsümün tamamlanmasını gözləməliyik. Nəticədə İsveç və Finlandiyanın bu il Alyansda iştirak edəcəyinə əminəm. Türkiyə seçkilərindən nələrin çıxacağını görmək və sonra necə irəlilədiyimizi qiymətləndirmək lazımdır”.

Ukraynadakı son vəziyyəti də dəyərləndirən Stavridis etiraf edib ki, Rusiyanı Ukraynanın bütün işğal olunmuş ərazilərindən tamamilə çıxarmaq çətin məsələ olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR