Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiyanı ölkəsi üçün "birbaşa və ciddi təhlükə" elan etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb.
Məlumata görə, Britaniya hökuməti yaxın günlərdə 130 səhifəlik strateji müdafiə sənədini ictimaiyyətə təqdim edəcək. Sənəd Starmerin üç müşaviri tərəfindən hazırlanıb və Ukraynadakı müharibənin nəticələrinə əsaslanaraq Rusiyanı əsas təhlükə kimi təqdim edir.
Hesabatda vurğulanır ki, Böyük Britaniya "təhlükələrin yeni erasına" daxil olur. Bu dövrdə pilotsuz uçuş aparatları (dronlar), süni intellekt və digər qabaqcıl texnologiyalar müharibənin mahiyyətini tarixdə heç vaxt olmadığı qədər dəyişir.
Yeni strategiya ölkənin milli təhlükəsizliyini möhkəmləndirməyə və müasir təhdidlərə qarşı çevik müdafiə planları hazırlamağa yönəlib. Sənədin yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ