İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı “Sputnik V” vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Regnum” agentliyi yayıb.

İnsident martın 2-si baş verib. İstintaq məlumatına görə, alimlə 29 yaşlı bir gənc arasında dava düşüb. Dava zamanı sözügedən şəxs Botikovu kəmərlə boğaraq öldürüb.

Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. Onun əvvəllər ağır cinayətə görə məhkum olunduğu bildirilir. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR