Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında Gürcüstanda xarici agentlər haqqında qanunun müzakirəsinə münasibət bildirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Duması sədrinin sözlərinə görə, qanunun qəbuluna qarşı çıxanlar xarici dövlətin maraqlarından çıxış edirlər. Volodin vurğulayıb ki, istənilən suveren ölkə “xarici agentlər haqqında qanun qəbul etməyə borcludur”.
Parlamentar sədri əmindir ki, belə bir qanunun mahiyyəti dövlətin daxili işlərinə kənardan müdaxiləni qadağan etməkdir.
O, “xarici agentlər haqqında qanun ətrafında yaranan isteriyanı” Gürcüstanda “Vaşinqton və Brüsselin hazırkı hökuməti devirmək üçün qərarlarının olması” ilə əlaqələndirib.
"Bunun üçün artıq pul ayrılıb" deyə Rusiya Federasiyası Dövlət Dumasının sədri yekunlaşdıraraq deyib ki, "bu qanunun qəbulu həmin planları poza bilər".
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ