İnsanlara hürriyət, millətlərə istiqlal!

"SpaceX" Pentaqonla müqavilə imzaladı, Ukraynaya...

"SpaceX" Pentaqon ilə müqavilə imzalayaraq Ukraynanın "Starlink" peyk şəbəkəsinin daha təhlükəsiz versiyasına çıxışını genişləndirib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, bu müqavilə çərçivəsində Ukraynada mövcud olan 2500 "Starlink" terminalı "Starshield" şifrələnmiş siqnal ilə təmin ediləcək. Bu siqnalın sındırılması və ya əngəllənməsi daha çətindir. Əvvəllər yalnız 500 terminalın bu şəbəkə versiyasına çıxışı olduğu məlum idi.

Beləliklə, iki "Starshield" müqaviləsi çərçivəsində Ukraynada 3000 terminala xidmət göstəriləcək və bu xidmətlər 2025-ci ilə qədər davam edəcək.

Qeyd edək ki, "SpaceX" ("Space Exploration Technologies Corp.") 2002-ci ildə İlon Mask tərəfindən qurulmuş özəl kosmik şirkətdir.

"SpaceX" kosmosa uçuşlar və peyk buraxılışı xidmətləri təklif edir, dünyada kosmik səyahətin kommersiyalaşmasında önəmli rol oynayır. Şirkət raket texnologiyası sahəsində mühüm nailiyyətlərə imza atıb və xüsusilə "Falcon 1", "Falcon 9" və "Falcon Heavy" raketləri ilə tanınır.

"SpaceX" həmçinin "Starlink" peyk şəbəkəsi layihəsini həyata keçirir. Bu layihə genişzolaqlı internet xidməti təmin etmək məqsədilə orbitdə peyklərdən ibarət bir şəbəkə qurmağı hədəfləyir. Şirkət həmçinin "Dragon" adlı kosmik gəmilər ilə NASA-nın astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya daşıyır.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR