İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu xüsusi əməliyyat üçün hazırlanan hərbçilərin sayını açıqladı

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bugünədək Rusiya Silahlı Qüvvələrində 120 mindən çox hərbi mütəxəssis hazırlanıb, 5 minə yaxın mütəxəssis yüksək texnologiyalı hərbi texnikanın istifadəsi üzrə təlim keçib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Nazirliyin kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, 21 mindən çox mütəxəssis birbaşa qoşun qrupları, yeni yaradılmış birləşmə və hərbi hissələr üçün hazırlanıb.

O bildirib ki, Rusiya hərbçiləri T-90M Proryv, Berezhok döyüş modulu ilə BMP-2M tankları, BMP-3, eləcə də müxtəlif pilotsuz təyyarələrdən istifadə etmək üçün təlim keçiblər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukrayna ərazisində müharibəyə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR