Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə nazirliyində daha bir həbs baş verib.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, həbs edilən Rusiya Müdafiə Nazirliyinin Əşya idarəsinin keçmiş rəisi Vladimir Demçikdir.
Vladimir Demçikin həbsi barədə İstintaq Komitəsindən məlumat verilib.
Müstəntiqlərin fikrincə, 2017-ci ilin yazında o, Rusiya Silahlı Qüvvələri üçün geyim təchizatı məqsədilə, dövlət müqavilələrinin icrası üçün “kommersiya təşkilatlarından birinin” baş direktorundan 4 milyon rubl məbləğində rüşvət alıb.
Ümumilikdə, 2017-2018-ci illərdə həmin “kommersiya təşkilatı” ümumi məbləği 574 milyon rubldan çox olan 26 müqavilə bağlayıb.
Qeyd edək ki, dünən “Patriot” Parkının direktoru Vyaçeslav Əhmədov və Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovun saxlanması ilə bağlı məlumat yayılıb. İstintaqın məlumatına görə, onlar Patriot Parkının fəaliyyəti üçün ayrılan büdcə vəsaitlərinin oğurlanmasında iştirak ediblər.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ