İnsanlara hürriyət, millətlərə istiqlal!

Şotlandiyanın pakistanlı birinci naziri Britaniyanın hindli baş nazirindən müstəqillik tələb edir

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusaf Böyük Britaniyanın baş naziri Rişi Sunakla ilk görüşündə ondan bölgənin müstəqilliyi ilə bağlı ikinci referendum keçirilməsini tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin məlumatına görə, Həmzə Yusaf baş nazirlə söhbətində Şotlandiya parlamentinin “demokratik istəklərinə hörmətlə yanaşacağına” və “ona plebissit keçirmək səlahiyyəti verəcəyinə” ümid etdiyini bildirib. 2007-ci ildən region parlamentinə nəzarət edən SNP-nin əsas məqsədi Böyük Britaniyadan müstəqillik əldə etməkdir.

Rəsmi London Edinburqun bu hüququnu davamlı olaraq rədd edir. “The Daily Telegraph” qəzetinin yazdığına görə, Rişi Sunak Yusəfin tələbinə cavab olaraq referendum əvəzinə İngiltərədə yaşayış xərclərini azaltmaq üçün birlikdə çalışmağı təklif edib. Görüşün özü, Britaniya baş nazirinin parlamentdəki kabinetində baş tutub və təxminən 20 dəqiqə davam edib.

Xatırladaq ki, 2014-cü ildə Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçirilib. Həmin vaxt şotlandların 55%-i Böyük Britaniyanın tərkibində qalmağa səs verib. Bununla belə, Şotlandiya Milli Partiyası son illərdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) səbəbindən yeni səsvermənin keçirilməsinin zəruriliyində israr edir. Çünki 2016-cı ildə Şotlandiya xalqı ümummilli referendumda Brexit-ə qarşı çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR