İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkədəki səs yazısı Suriyanı QARIŞDIRDI: Ölənlər və yaralananlar var - VİDEO

Aprelin 29-da, çərşənbə axşamı Dəməşqin cənub ətrafında yerləşən Cəramana qəsəbəsində Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı qruplaşmaları arasında silahlı toqquşmalar baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, druz dəstələri hökumət qüvvələrinə qarşı ağır silahlardan atəş açıblar.

Suriya təhlükəsizlik orqanlarının bildirdiyinə görə, qarşıdurma nəticəsində 2 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Hadisədən sonra bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə hökumət əlavə qüvvələr cəlb edib və təhlükəsizlik tədbirlərini gücləndirib.

Eyni zamanda İsrail mediası yazır ki, qarşıdurmalar nəticəsində ən azı 4 druz döyüşçüsü ölüb. Gərginliyin əsas səbəbi isə sosial şəbəkələrdə yayılan və druz şeyxinə aid olduğu iddia edilən qarşı təhqiramiz ifadələr yer alan bir audioyazının yayılması olub.

Qeyd edək ki, druzlar Yaxın Şərqdə yaşayan etno-konfessional ərəb qrupudur. Onlar ismaili şiə təriqətinə əsaslanan neoplatonizm, qnostisizm və yəhudilik elementlərini də özündə birləşdirən xüsusi monoteist dinə etiqad edirlər. Suriya druzların əsas məskunlaşdığı ölkədir. Burada onların sayı təxminən 700 min nəfərdir ki, bu da ölkə əhalisinin 3 faizini təşkil edir. Druzlar Suriyada kürdlər və ələvilərdən sonra üçüncü ən böyük etno-konfessional azlıq sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR