Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələr vasitəsilə satılan soyuq silahlarla bağlı aparılan araşdırma nəticə verib.
Məlum olub ki, satışda müxtəlif formalarda beşbarmaqlar, kəsici alətlər, şəxsi zərərsizləşdirmək üçün istifadə olunan elektroşoklar və digər formada olan bıçaqlar var. Bu silahlar isə təsərrüfat və ya istehsalatda istifadə edilmək üçün deyil.
Sırf kiməsə, nəyəsə xəsarət yetirmək üçün hazırlanır.
Araşdırmadan sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib. Sosial şəbəkələrdə və paytaxtdakı müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda bu soyuq silahları satan 6 nəfər saxlanıb.
Tədbirlər çərçivəsində kəsici-deşici alətlər satan 25 yaşlı Nurəddin Hüseynov, 38 yaşlı Elşən Səfərov, 34 yaşlı Nihat Əliyev, 39 yaşlı Ariz Hacıyev, 44 yaşlı Vahid Rəhimov və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 37 yaşlı Anar Hüseynov müəyyən olunaraq saxlanılıb.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400-ə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb. Təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti də məhdudlaşdırılıb.
Ətraflı Xəzər TV-nin süjetində izləyə bilərsiniz:
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ