İnsanlara hürriyət, millətlərə istiqlal!

"Soros planını həyata keçirən savadsızlar..." - Rus məmurdan ermənilərə ŞOK SÖZLƏR

Xəbər verdiyimiz kimi, bu ilin avqustun 24-də Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov İrəvananın Zvartots hava limanından ölkəyə buraxılmayıb. Viktor Krivopuskov bunu Ermənistanda yaşayan Rusiya vətəndaşlarına qarşı terror sayıb.

Musavat.com xəbər verir ki, yerli “Hraparak” qəzetinin yazdığına görə, “ömrünün 2/3-ni Ermənistanda keçirmiş sosiologiya elmləri doktoru, professor, “Sakit Qarabağ” kitabının müəllifi Viktor Krivopuskov ermənilərdən bərk inciyib.

“Mən Rostovda anadan olmuşam. Mənim həyatım Ermənistanla bağlıdır, mən çoxdandır ki, ermənilərin tarixi ilə maraqlanıram və məni Ermənistana buraxmamaq üçün heç bir səbəb yox idi. Bu, görünməmiş bir hadisədir. Bu mənim üçün tamamilə anlaşılmazdır. Bunu ancaq öz tarixini, Ermənistan-Rusiya münasibətlərinin çoxəsrlik tarixini bilməyən və qiymətləndirməyən şəxs edə bilər” – deyə, o, sayta verdiyi müsahibəsində deyib.

Sərhədçilər Krivopuskova girişə icazə verilmədiyini əvvəlcədən deməyiblər.

“Bir işçi mənə dedi ki, ayrı otağa keçin və bütün hallar aydınlaşana qədər gözləyin. Bu, 4 saat davam etdi. Sonra o, Ermənistan Respublikası hökumətinin qərarı ilə ölkəyə girişimin qadağan edildiyini, Ermənistan üçün “persona non-qrata” hesab edildiyimi mənə çatdırdı”, - deyə, rus məmur söyləyib.

Krivopuskovun sözlərinə görə, ona hava limanında heç bir izahat verilməyib. Əslində, buna ehtiyac da yoxdur, çünki o, köhnə diplomatdır və yalan izaha ehtiyac durmur.

“Mənim missiyamı, Ermənistandakı fəaliyyətimi “Sakit Qarabağ”ımı oxumayan, Soros planını həyata keçirən savadsız adam başa düşə bilməz. Amma onlar başa düşməlidirlər ki, ölkəyə girişi qadağan etməklə insanların ağzını bağlaya, onları hakimiyyəti tənqid etməməyə məcbur edə bilməzlər”, - deyə, Krivopuskov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR