İnsanlara hürriyət, millətlərə istiqlal!

Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO

Paltarı kimisi tikdirməyin, kimisi isə almağın tərəfdarıdır.

Xüsusən də, bu məsələ abituriyent və tələbələr üçün daha aktualdır.

Paltarı tikdirməyə üstünlük verənlər deyirlər ki, bu, əsasən almaqdan daha baha başa gəlir.

Satıcıların sözlərinə görə, parça bazarı may ayında daha çox canlanır. Buna səbəb isə, Son zəng və məzuniyyət günlərinin yaxınlaşmasıdır.

Onların sözlərinə görə, qiymətlər istehsal olunduğu ölkələrdən asılı olaraq dəyişir. Daha ucuz hesab olunan parça isə adətən Çindən gəlir. Həmçinin, parçanın keyfiyyəti də qiymətə təsir edir.

Dərzi Aynur Həsənəliyeva deyir ki, hər modelin özünəməxsus tikiş qiyməti var və istifadə etdiyi parçalar əsasən, Çin, Koreya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İndoneziya və Türkiyədən gətirilənlərdir.

Minimum qiymət isə 30 manatdır və bu məbləğə daha çox sadə modellər tikilir.

Məzunlar üçün libasların tikilməsi isə ortalama 50 - 150 manat aralığında dəyişir.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR