İnsanlara hürriyət, millətlərə istiqlal!

Son üç ayda Azərbaycanda 100-dən çox sel hadisəsi qeydə alınıb

Cari ilin may, iyun və iyul ayları ərzində Azərbaycanda 102 sel hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, son illər dünyada anomal təbiət hadisələrinin sayında artım müşahidə olunur:

"Azərbaycanda belə anomal təbiət hadisələrinin sayı artıb. Şübhəsiz bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır. Belə ki, son illər havanın temperaturunun normadan artıq olması, eyni zamanda yağıntıların miqdarında, sel və daşqınların sayında artım özünü daha çox biruzə verir".

Xidmət rəisi qeyd edib ki, son bir neçə gündə Azərbaycanda iyul ayına xas olmayan qeyri-sabit hava şəraiti hökm sürür:

"Əksər bölgələrdə, xüsusən Daşkəsən-Gədəbəy, Qazax–Gəncə, Balakən-Şəki, Lənkəran-Astara bölgələrində intensiv yağış yağıb. Leysan xarakterli yağış nəticəsində ölkənin bir çox çaylarından sel keçib. Son iki gün ərzində yağan intensiv yağış nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb ki, bu da son illər ərzində maksimal göstəricidir".

N.Mahmudov vurğulayıb ki, son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur:

"Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR