İnsanlara hürriyət, millətlərə istiqlal!

Son saatlarda dünyada nələr oldu? XRONİKA

Musavat.com dünyada baş verən hadisələrə dair mövzu başlıqlarını təqdim edir:

⏺ Süddeutsche Zeitung: 13 ölkənin xarici işlər nazirləri İsraili Rəfahdakı böyük əməliyyatdan imtina etməyə çağırıb.

⏺Albaniya bu il ərzində Azərbaycanda səfirlik açacaq.

⏺ ABŞ Energetika Nazirliyi Amerika istehsalçılarından 3,4 milyard dollara uran almaq niyyətindədir.

⏺ Keniyada daşqınlar nəticəsində 290-dan çox insan həyatını itirib.

⏺ Braziliya prezidenti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı keçiriləcək konfransa getməyəcək.

⏺ ABŞ Konqresi Baydendən İsrailə silah tədarükünü bərpa etməyi tələb etdi.

⏺ MAQATE ekspertləri Zaporojye AES-dən pilotsuz təyyarələrin buraxılmasına dair heç bir əlamət görməyiblər.

⏺ ABŞ konqresmenləri Rosatom-a qarşı yeni sanksiyalar haqqında qanun layihələrini təsdiqləyiblər.

⏺ Moldovada prezident seçkiləri oktyabrın 20-də keçiriləcək.

⏺ Forbes: Ronaldo 2024-cü ildə dünyanın ən çox qazanan idmançısı oldu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR