İnsanlara hürriyət, millətlərə istiqlal!

Son illərdə Abşeron rayonunda baş verən cinayətlərin hamısının üstü açılıb

Son illərdə Abşeron rayonunda baş verən cinayətlərin hamısının üstü açılıb.

Müsavat.com-un məlumatına görə, bunu Abşeron rayon prokuroru Araz Qasımov deyib.

O bildirib ki, prokurorluq orqanlarının yüksək texniki avadanlıqlarla təchiz olunması nəticəsində baş vermiş cinayətlər isti izlərlə açılır:

"Məsələn, qətl hadisəsi baş verən ərazilərdə adətən işi itirmək üçün meyit küçəyə atılır. Xüsusi texniki vasitələrin köməyi ilə meyitin üzərində barmaq izi götürülür, onun şəxsiyyəti bir saatdan az müddətdə müəyyən edilir. Xüsusi texnika və avadanlıqların köməyi ilə Abşeron rayonunda son illərdə baş verən bütün cinayətlərin üstü açılıb" .

Samir Əli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR