İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki gündə ölkədə 45 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının 20-21 yanvar tarixlərində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 45 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 7,2 kiloqramdan çox heroin, 37 kiloqrama yaxın marixuana, 180 qrama yaxın tiryək, 750 qram metamfetamin və 825 ədəd metadon həbi olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR