İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Zelenski raket istəyir, Qərb "gəlin, plan quraq", deyir

Britaniyanın baş naziri Keir Starmer hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişi “bir məsələdən, məsələn, uzaqmənzilli raketlərdən” asılı olmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə The Financial Times yazır.

Sitat: “Mən düşünmürəm ki, qələbə planı tək problemlə, məsələn, uzaqmənzilli raketlərin verilməsi ilə bağlı olacaq; söhbət Ukraynanın bu vəziyyətdən çıxış yolu tapıb Rusiyanın təcavüzünə qarş mübarizədə uğur qazana biləcəyi strateji, hərtərəfli yol xəritəsindən gedir".

Keir Starmer | Biography, Parents, Legal Career, & Wife | Britannica

Keir Starmer

“Storm Shadow”un (uzaq mənzilli raket) Rusiyanın dərinliklərini vurmasına icazə ilə bağlı qərarın nə vaxt veriləcəyi ilə bağlı suala Starmer belə deyib: “Biz bir sıra məsələləri müzakirə edəcəyik və prezident Zelenskinin dediklərinə diqqətlə qulaq asacağıq və bu, yaxın bir neçə gün ərzində baş verəcək”.

2e2f4421-3bb2-47ca-ba0c-886494bad4b2.jpg (75 KB)

Musavat.com xəbərə əlavə olaraq bildirir ki, Zelenski Böyük Britaniyanın baş naziri ilə dünən Nyu Yorkda bir araya gəlib.

Böyük Britaniya Qərb koalisiyasında Ukraynaya hər cür dəstək verən və sözünə ən sadiq dövlətdir.

Zelinski də bu görüşdən sonra açıülama verib. Sitat: “Təhlükəsizlik vəziyyəti, Ukraynanın möhkəmləndirilməsi, ikitərəfli təhlükəsizlik sazişinin həyata keçirilməsi və ikinci sülh sammitinə hazırlıq - bu məsələləri Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdə müzakirə etdik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR