İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yunanıstana BÖYÜK ŞOK - "Baş nazirin ciddi məğlubiyyəti..."

Xəbər verdiyimiz kimi, ABŞ-ın F-16-ların Türkiyəyə satışı ilə bağlı layihəsinə dəyişiklik edilib və iki satış şərti aradan qaldırılıb.

Qeyd edək ki, 2023-cü il üçün nəzərdə tutulan ABŞ Milli Müdafiə Səlahiyyəti Aktında (NNDA) “F-16-ların və ya F-16 modernizasiya dəstlərinin Türkiyə tərəfindən Yunanıstanın ərazi bütövlüyünün pozulmasında istifadə olunmayacağına” zəmanət verilir və satışın ABŞ-ın marağına uyğun nizamlanması nəzərdə tutulurdu.

Musavat.com xəbər verir ki, qərar Yunanıstanda soyuq duş effekti yaradıb. 

"Skai" qəzeti bu inkişafı "Mitsotakis doktrinasının ciddi məğlubiyyəti" başlığı ilə oxucularına təqdim edib.

Xəbərdə müxalifətdəki Radikal Sol Koalisiyasının (SYRIZA) açıqlamaları yer alıb və qərarın Türkiyə üçün bir mükafat olduğu qeyd edilib.

"Kathimerini" bu hadisəni “ABŞ Senatı F-16-nın Türkiyəyə satışını məhdudlaşdıran düzəlişləri aradan götürdü” başlığı ilə verib.

“To Vima”nın xəbərində isə “Ərdoğanın etirazlarına cavab verilibmi?” sualı qoyulub. Lakin ABŞ mətbuatının hələlik bu qərarın detallarını yazmadığı vurğulanıb.

Türkiyəyə qarşı sərt ifadələri ilə tanınan "Ta Nea" qəzeti isə bu dəfə xəbəri olduğu kimi oxucularına təqdim edib və heç bir şərh verməyib.

Yunan mətbuatı dünən Afinanın Krit planına da geniş yer ayırıb. "Ta Nea"nın xəbərinə görə, Yunanıstan Kritin cənubundakı sahil bölgəsinin ərazi sularını 6 mildən 12 milə qədər artırmağı planlaşdırır.

Məqalədə Yunanıstanın bu qərarla bağlı müttəfiqlərinə məlumat vermək öhdəliyinin olmadığı iddia edilir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR