İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yenə İslamı hədəf aldılar - ŞOK VİDEO

Hollandiyada irqçi “Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar” (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld paytaxt Amsterdamda müsəlmanların müqəddəs kitabı olan Quranı cırıb.

Musavat.com xəbər verir ki, Vaqensveld Amsterdam bələdiyyəsinin qarşısında Quranı cırdığı görüntüləri sosial media hesabında paylaşıb.

Daha sonra o, "bir qrupu təhqir etdiyi" üçün Hollandiya Prokurorluğuna ifadə verdiyini və fikrini ifadə etməyin ən yaxşı yolunun Quranı yenidən cırmaq olduğunu bildirib.

0 - 2023-04-16T092415.741.jpg (40 KB)

Qeyd edək ki, “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld yanvarın 22-də Haaqa şəhərində polisin mühafizəsi altında müvəqqəti Hollandiya parlamentinin binası qarşısında, fevralın 13-də isə Utrext şəhərində keçirdiyi nümayişdə Qurani-Kərimi cırmışdı.

Bundan başqa, oktyabrın 22-də Rotterdamda Quranı yandırmağı planlaşdıran PEGIDA-nın aksiyası Vaqensveldin nəzarətə götürülməsi səbəbindən sona çatmışdı. Saxlandıqdan sonra sərbəst buraxılan Vaqensveld ertəsi gün Haaqada da oxşar aksiya keçirmək istəsə də, polis nümayiş qaydalarına əməl etmədiyi üçün onu yenidən nəzarətə götürmüşdü. Hollandiya Prokurorluğu Məhəmməd Peyğəmbəri təhqir etdiyi üçün polis tərəfindən saxlanan Vaqensveldin İslam inancının mənsublarını deyil, dinin özünü təhqir etdiyini və heç bir cinayət törətmədiyi əsas gətirərək cinayət məsuliyyətinə cəlb edilməyəcəyi bildirmişdi.

0 - 2023-04-16T092415.741.jpg (40 KB)

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR