İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yenə dünyaya meydan oxudular - Bu ölkədən ŞOK BƏYANAT

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin ölkəsini ballistik raket və nüvə silahı proqramını dayandırmağa çağıran birgə bəyanatına reaksiya verib.

Musavat.com xəbər verir ki, o, ölkəsinin birinci dərəcəli nüvə dövləti mövqeyinin qəti və zəruri olduğunu ifadə edib.

“Şimali Koreyanın müdafiə məqsədilə hərbi potensialını gücləndirmək üçün indiyədək atdığı addımlar ABŞ və müttəfiqlərinin ehtiyatsız və təxribat xarakterli hərbi manevrləri nəticəsində yaranan qeyri-sabit təhlükəsizlik mühitində təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub”, - Ço Son Hui bildirib.

64423d4c4e3fe0146cef5668.jpg (51 KB)

O, G7-nin Şimali Koreyanın NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) əsasında nüvə silahına sahib ola bilməyəcəyini dediyini xatırladıb, Şimali Koreyanın özünü müdafiə etmək üçün nüvə silahından istifadə etmək məcburiyyətində olduğunu deyib.

"Birləşmiş Ştatlar və Qərb bunu yüz və ya min il qəbul etməsə belə, Şimali Koreyanın nüvə silahı dövləti kimi mövqeyi danılmazdır və bu cür də qalacaq. Bu vəziyyət heç vaxt dəyişməyəcək. Şimali Koreyanın birinci dərəcəli nüvə dövləti mövqeyi qətidir”, - Ço Son Hui qeyd edib.

Şimali Koreyanın xarici işlər naziri iddia edib ki, G7 ədalətli beynəlxalq ictimaiyyəti təmsil etməkdənsə, ABŞ hegemonluğunun təmin edilməsinə xidmət edir. O, G7-nin Şimalı Koreyanın suverenliyini və əsas maraqlarını pozmaq üçün hər hansı addımı atacağı təqdirdə, sərt reaksiya verəcəklərini bildirib.

Ço, həmçinin vurğulayıb ki, Şimali Koreya NPT-nin 10-cu maddəsində qeyd olunan geri çəkilmə prosedurlarına uyğun olaraq 20 il əvvəl sazişdən çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR