İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukrayna bütün qüvvələrini bu bölgəyə keçirdi - HƏR AN...

Ukrayna ordusunun 59-cu mexanikləşdirilmiş briqadasının “Andre” kod adlı yüksək rütbəli zabiti bəyan edib ki, Rusiya qüvvələrinə qarşı hər an əks-hücum başlaya bilər. Təhlükəsizlik səbəbindən əsl adını və soyadını açıqlamaq istəməyən mayor Andre Anadolu Agentliyinə açıqlamasında Ukrayna və Rusiya orduları arasında gərgin toqquşmaların davam etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Ukraynanın Donetsk vilayətində yerləşdirilən 59-cu briqadada mayor rütbəsində xidmət etdiyini bildirən Andre daha əvvəl də Xerson bölgəsində xidmət etdiyini açıqlayıb.

Rusiya ordusu və muzdlu "Vaqner" qrupunun hücumları dəf etdiklərini bildirən Andre Donetsk cəbhəsindəki mövqelərindən bir metr belə geri çəkilmədiklərini açıqlayıb. Bölgədəki ən şiddətli qarşıdurmaların Baxmut şəhəri və ətrafında davam etdiyinə diqqət çəkən Andre rus qüvvələrinin bu şəhər üçün ciddi itkilər verdiyini müdafiə deyib.

Rus ordusunun Ukraynada uğursuzluğa düçar olduğunu bildirən mayor bütün qüvvələrini Baxmuta keçirdiklərini söyləyib.

“Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı hərtərəfli əks hücuma hazırlaşır. Hücumun başlama vaxtı və yeri ilə bağlı qərar Baş Qərargah tərəfindən veriləcək. Qəfil hücum ola bilər. Xersonu necə azad etdiyimizi xatırlayın. Heç kim bilmirdi və hər şey tez baş verdi. Mübarizəmiz torpaqlarımızı azad edənə qədər davam edəcək” - o deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR