İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə ilə bağlı qərar çaxnaşmaya SƏBƏB OLDU

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələri üçün taktiki məlumat bağlantısı (TDL) sistemi olan Link-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib. Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ və Türkiyənin dərin müdafiə və təhlükəsizlik əlaqələri var və Türkiyə NATO-nun qarşılıqlı fəaliyyətində mühüm prioritet olaraq qalır.

Musavat.com xəbər verir ki, Dövlət Departamentinin təsdiqindən sonra ABŞ Senatında Türkiyə əleyhinə mövqeyi ilə tanınan demokrat senator Bob Menendez Yunanıstan mətbuatına açıqlama verib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Menendez qərarı sərt tənqid edib.

ERT-yə danışan Menendez bildirib ki, o, F-16 satışına qarşı çıxmağa davam edir və "Türkiyə bu şəkildə mükafatlandırılacaq heç nə etməyib".

Demokrat senator təsdiqlənən paketlə bağlı aşağıdakı qiymətləndirməni edib: “Bu, hücum silahı deyil, raket sistemi deyil, F-16-nı daha ölümcül etmək üçün təkmilləşdirmə deyil. Bu, sadəcə iki ölkə arasındakı münasibətlərlə bağlıdır”.

Konqres sözügedən dəstlərin satışına yaşıl işıq yandırsa, illər sonra Türkiyəyə ilk böyük hərbi satışı təsdiqləmiş olacaq. Həmin modernizasiya dəstləri Türkiyənin 2021-ci ilin oktyabr ayında ABŞ-dan tələb etdiyi 20 milyard ABŞ dolları dəyərində F-16 döyüş təyyarəsi və 80-ə yaxın modernizasiya dəsti tələbindən ayrı olaraq hazırlanıb.

Qeyd edək ki, Yunanıstan ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələri üçün taktiki məlumat bağlantısı (TDL) sistemi olan Link-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışından narahatdır və buna qarşı çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR