İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə-Ermənistan sərhədində TARİXİ GÖRÜŞ - Detallar AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə Anka Haber məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl görüşən nümayəndələrin görüşü Ermənistan-Türkiyə sərhədində baş tutub.

Məlumata görə, danışıqların bir hissəsi sərhədin Türkiyə, digər hissəsi isə Ermənistan tərəfində aparılacaq.

Xatırladaq ki, Kılıç və Rubinyan sonuncu dəfə 2022-ci il iyulun 1-də Vyanada görüşüb. Görüşdə yalnız üçüncü ölkə vətəndaşlarının keçə bilməsi üçün iki ölkənin sərhədlərinin açılmasına qərar verilib.

Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyinə görə bağlanıb. İkinci Qarabağ müharibəsindən sonra 2022-ci ilin yanvarında Türkiyə ilə Ermənistan arasında normallaşma danışıqları başlayıb, 2022-ci ilin fevralında isə iki ölkə arasında birbaşa uçuşlar başlayıb.

Erməni mətbuatında yer alan xəbərə görə, üçüncü ölkə vətəndaşlarının üzünə açılacaq sərhədin Ermənistan tərəfində yenilənmə işləri yekunlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR