İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə bu ölkəyə SON ŞANS verdi

İsveç terror təşkilatlarının tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu qəbul edib. İyunun 1-də qüvvəyə minən qanunla terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum 4 il həbs cəzası verilə bilər. Türkiyənin qanunla tələblərini yerinə yetirdiyini bildirən İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO zirvəsinə göz dikib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Ankara İsveçin atacağı addımları gözləyir.

Xəbərdə Türkiyənin zirvə öncəsi kritik tələbləri açıqlanıb.

Bildirilir ki, Türkiyə İsveçin yeni qaydaların tətbiqində ciddi olduğunu sübut etməsi üçün bu ölkəyə terror hadisələrində iştirak edən şəxslərin adlarının əks olunduğu təxminən 130 nəfərdən ibarət siyahı göndərib və həmin şəxslərin ekstradisiyasını, yaxud deportasiyasını tələb edir.

Bloomberg "İsveçin üzvlüyünün NATO-nun Baltik üzərində nəzarətini tamamlayacağını" yazıb.

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.

Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.

Ötən həftələrdə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR