İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Toqquşma BAŞLADI - Bu ölkədə ŞİDDƏTLİ döyüşlər gedir

Sudanda vətəndaş müharibəsi siqnalı verilib. Ölkənin paytaxtı Xartumda və müxtəlif yerlərdə ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında günlərlə davam edən gərginlik silahlı toqquşmalara çevrilib.

Musavat.com xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Sudan ordusuna aid döyüş təyyarələri toqquşmaların intensiv olduğu hava limanı, Prezident sarayı, Baş Qərargah kimi nöqtələrin yaxınlığında yarım saat alçaq hündürlükdə uçuş həyata keçirib. Təyyarələr ordu ilə HDK qüvvələri arasında toqquşmanın olduğu bəzi əraziləri bombalayıb.

Ordu sözçüsü, general Nabil Abdallah general Mohammed Hamdan Dagalonun başçılıq etdiyi paramilitar qüvvə olan RSF-in ordu düşərgələrinə hücum etdiyini bildirib: "Toqquşmalar davam edir və ordu ölkəni qorumaq üçün üzərinə düşən vəzifəni yerinə yetirir”.

RSF isə bildirib ki, Xartumun cənubundakı düşərgələrindən biri ordunun hücumuna məruz qalıb.

Xartum Beynəlxalq Hava Limanından və şəhərin müxtəlif nöqtələrindən qatı tüstü qalxıb. RSF qüvvələrinin hava limanına daxil olduğu və təhlükəsizliklə bağlı uçuşların ləğv edildiyi bildirilir.

Xartumdan təxminən 330 kilometr şimalda yerləşən Merov şəhərində də silahlı toqquşmaların baş verdiyi qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR