İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Taliban ABŞ-ın intiqamını aldı - "Fikir atası" MƏHV EDİLDİ

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Talibanın 2021-ci ildə geri çəkilmə zamanı amerikalılara hücum planlaşdıran İŞİD döyüşçüsünü öldürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, Ağ Ev rəsmisinin sözlərinə görə, məhv edilən terrorçu İŞİD-Xorasan (İŞİD-X) liderlərindən biri olub və Əfqanıstanda Kabil beynəlxalq hava limanına edilən hücumları planlaşdırıb.

Kirbi verdiyi yazılı açıqlamada adını açıqlamadığı terrorçunu bombalı hücumların "fikir atası" olaraq xarakterizə edib və onun amerikalılara hücum planlaşdırması səbəbindən Taliban tərəfindən zərərsizləşdirildiyini bildirib.

"Biz Talibana açıq bildirmişdik ki, terrorçulara təhlükəsiz sığınacaq verməməlidirlər" - o deyib.

ABŞ-ın Talibanla diplomatik əlaqələri olmadığı halda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin belə bir açıqlama verməsi diqqət çəkib.

Açıqlamanın Ağ Evdən verilməsi ABŞ-ın əməliyyatda Talibanla əməkdaşlıq edib-etmədiyinə dair suallar doğurur. Pentaqonun mətbuat katibi Patrik Rayder ABŞ-ın əməliyyatda iştirak etmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR