Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında özünü buraxmış Qarabağ separatçılarının "lider"i Samvel Şahramanyanla görüşdüyünü deyib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. “Düşünürəm ki, o, xalqımıza xeyir verəcək, daim onları utandırmayacaq bir həll tapacaq”, - Sarkisyan iddia edib. “Ermənistan hökuməti Qarabağdan şüurlu şəkildə imtina etdi”. Serj Sərkisyan deyib.
O, Nikol Paşinyanın iddialarını “yalan” adlandırıb: “Mən Nikol Paşinyanın son müsahibəsində həmişə olduğu kimi, çoxlu yalan və təhqir gördüm. Rəhbərlik Qarabağ məsələsini “Ermənistanın başı üzərində saxlanılan dəyənək” adlandırır. Mən anlamadım, o dəyənəyi başımızın üstünə qoyan kimlərdir? Biz hansı ölkədən, kimdən danışırıq? Bəlkə, bizə milyardlarla pulsuz silah verən ölkə nəzərdə tutulur? Nə isə! Onsuz da artıq ərazi tamamilə Azərbaycana təhvil verilib. Baş nazir bir mövzuda da yalan dedi, biz bütün sərvətimizi ora yatırmamışıq.
“Dağlıq Qarabağ”ın büdcəsi həm daxili vergilər, həm də Ermənistandan alınan cüzi kreditlərdən təşkil olunurdu. Doğrudur, əlavə xərclər, silah satışı və s. kimi məsələlər də olub. Lakin bu, çox böyük məbləğ sayılmaz. Amma çox resurs yatırmışıq olsaq belə, milli problemlərimizi həll etmək üçün bu addımı atmalı idik”.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla müzakirə aparır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ