Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə cavab olaraq, Kiyevdəki hədəflərə genişmiqyaslı zərbələr endirib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəlcə Rusiya PUA-ları Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləyib, daha sonra "X-101" qanadlı raketləri və "İsgəndər" ballistik raketləri istifadə edilib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, dronlar paytaxta müxtəlif istiqamətlərdən və hündürlüklərdən dalğalar şəklində hücum ediblər.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 30-dan çox Rusiya PUA-sını zərərsizləşdirdiklərini bildiriblər.
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ