İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya hər kəsi maraqlandıran sualı cavablandırdı - NATO-dan AÇIQLAMA gəldi

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında iddia edilən görüş üçün Kremldən açıqlama verilib.

Musavat.com xəbər verir ki, açıqlamada nə Rusiya, nə də ABŞ-ın danışıqlara cəhd etdiyi qeyd olunub.

KREML İDDİALARI TƏKZİB ETDİ

Kreml bölgə qubernatorlarına göndərilən yeni səfərbərlik əmrləri ilə bağlı iddialara da cavab verib və yeni səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib.

Ukraynanın paytaxtı Kiyevə hücumdan sonra G7 ölkələri və NATO-nun dünənki açıqlamalarını dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov Stoltenberqin Ukrayna ilə bağlı mövqeyini belə dəyərləndirib:

“Stoltenberq NATO-nun bu müharibədə Ukrayna ilə birlikdə vuruşduğunu təsdiqlədi”.

NATO UKRAYNAYA BELƏ DƏSTƏK VERİR

Kremlin sərt reaksiya verdiyi NATO-nun baş katibi Yens Stoltenberq isə bu gün Brüsseldə verdiyi açıqlamada Qərvi Ukrayna hava məkanını qorunmağa çağırıb və deyib:

"NATO müttəfiqlərinin hava sistemi ilə bağlı mövqeyini alqışlayıram. Almaniyadan gələn sistemlər vacibdir. Qış yaxınlaşdıqca, Ukraynanın hava sisteminə ehtiyacı olduğu bir həqiqətdir”.

Stoltenberq, həmçinin bəyan edib ki, Lukaşenko Rusiyaya dəstəyini dayandırmalıdır.

Fevralın 24-də bəri, xüsusən də son həftələrdə müharibənin şiddətləndiyini ifadə edən Stoltenberq bildirib ki, Rusiya on minlərlə yeni əsgəri səfərbər edir:

“Onlar Ukrayna ərazilərini qeyri-qanuni ilhaq etməyə çalışırlar və biz Ukrayna şəhərlərinə hücumların şahidi olmuşuq. Təbii ki, biz Moskvadan üstüörtülü nüvə təhlükələri haqqında eşitdik. Bütün bunlar onu göstərir ki, fevral ayından bəri müharibənin şiddəti artıb”.

NATO-nun baş katibinin sözlərinə görə, Ukraynanın müdafiə naziri Aleksey Reznikovun iştirakı ilə ABŞ-ın rəhbərlik etdiyi Ukraynaya Dəstək Əlaqə Qrupunda toplantı keçiriləcək, daha sonra isə NATO müdafiə nazirləri ilə şam yeməyində Ukraynaya dəstəyin necə artırılacağını müzakirə edəcək: “Prioritet məsələ Ukraynanı daha çox hava hücumundan müdafiə sistemi ilə təmin etməkdir”.

Stoltenberq bəyan edib ki, müttəfiqlər NATO ehtiyatlarını azaldaraq Ukraynaya dəstək verdiyi üçün görüşdə NATO-nun ehtiyatlarının necə doldurulacağı, həmçinin müdafiə məsələləri müzakirə olunacaq.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR