İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putinin "TÜRKİYƏ FORMULU" - Avropanın ümidlə gözlədiyi xəbər gəldi

Rusiya prezidenti Vladimir Putin Moskva Enerji Həftəsi konfransında çıxış edib.

Musavat.com xəbər verir ki, Rusiya lideri Krım körpüsünə hücumdan tutmuş “Şimal axını”ndakı təxribatlara qədər bir çox mövzuda diqqətçəkən açıqlamalar verib.

Putin Krım körpüsünə hücumun arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu açıqlayıb:

“Kim Rusiya ilə Qərb arasında gərginliyi artırmaq istəyirsə, “Şimal axını” təxribatının arxasında da onlar dayanıb”.

Rusiyanın enerji müqavilələri qarşısında öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin “Şimal axını”nın təmirinin mümkün olduğunu bildirib.

PUTİNDƏN TÜRKİYƏ AÇIQLAMASI

Putin deyib ki, Rusiya “Şimal axını 2” ilə qaz tədarük etməyə hazırdır. O, Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu da vurğulayıb.

"Türkiyədə Avropa üçün böyük təbii qaz qovşağı yaradıla bilər", - Rusiya lideri bildirib.

Neft hasilatının əvvəlki ilə nisbətən daha çox olduğunu vurğulayan Putin Rusiyanın yerli valyutalarla sövdələşmələrə davam edəcəyini bildirib.

Rusiyanın “Şimal axını” qazını Qara dənizə yönləndirə biləcəyini deyən Putin Moskvanı enerji qiymətlərində günahlandırmaq mümkün olmadığını vurğulayıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR