İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin mühüm müqaviləyə SON QOYDU

Ukrayna müharibəsinin kölgəsində Qərbin Rusiyaya qarşı bir sıra ədalətsiz sanksiyalar tətbiq etdiyini əsas gətirən Rusiya prezidenti Vladimir Putin Qərb dövlətləri ilə imzalanan Beynəlxalq Antikorrupsiya Müqaviləsindən birtərəfli qaydada çıxmağa qərar verib.

Musavat.com-un xəbərinə görə, dünən ortaya çıxıb ki, Putinin dekabrın 30-da imzalanmış sazişdən çıxmaq qərarı təsdiq üçün Rusiya parlamentinin Aşağı Palatası olan Dumaya göndərilib.

Parlamentin təsdiq edəcəyi müəyyən hüquqi prosedur tamamlandıqdan sonra Qərb ölkələrində korrupsiya və ya iqtisadi cinayət törətmiş şəxs və ya şəxslər Rusiyaya gələrsə, burada cinayət törətmiş sayılmayacaq.

Qeyd edək ki, Moskva Beynəlxalq Antikorrupsiya Müqaviləsinə 1999-cu il yanvarın 27-də qoşulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR