İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Müharibədə İLK DƏFƏ - "Putin üçün böyük RÜSVAYÇILIQ"

Rusiyanın “şərqdəki son qala” olan Baxmutu ələ keçirmək üçün var gücü ilə hücuma keçdiyi bir vaxtda Ukraynadan gələn xəbərlər Moskvada soyuq duş effekti yaradıb.

Musavat.com xəbər verir ki, hərbi analitiklərin sözlərinə görə, Ukrayna ordusu işğal başlayandan bəri ilk dəfə Dnepr çayını keçib və əsgərlər Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində əks-hücumlara başlamaq üçün mövqe tutublar.

Ukraynanın çayın şərq sahilinə doğru irəliləməsi ilə bağlı iddialar Rusiyanın Xerson vilayətində qoşunların qismən çıxarılması xəbərindən bir neçə gün sonra yayılıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildiriblər ki, rusiyalı hərbi bloqerlərin şəkilləri çayın cənubunda “Ukrayna mövqelərinin ilk etibarlı geolokasiya görüntüsünü” ortaya qoyur: “Ukraynanın bu mövqelərinin əhatə dairəsi və məqsədi, Kiyevin bu sahədə daimi mövqelərini saxlamaq qabiliyyəti və istəyi müəmmalı olaraq qalır”.

Britaniyanın Daily Mail qəzeti yazır ki, “Ukrayna qüvvələri çayı keçsə, bu, Putin üçün böyük rüsvayçılıq olardı”. Çünki Xersonda gedən döyüşlər Rusiyanın 9 il əvvəl ilhaq etdiyi Krımı nəzarətdə saxlamaq cəhdində əsas rol oynayır.

Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Vladimir Saldo Ukrayna qüvvələrinin Dnepr çayının şərq sahilində yerləşməsi ilə bağlı xəbərləri təkzib edib.

“Dnepr çayının sol (şərq) sahilində düşmən bazası yoxdur. Ordumuz həmin əraziyə tam nəzarət edir. Düşmən təxribat qruplarının döyüşçülərimiz tərəfindən məhv edilməzdən və ya suya atılmadan əvvəl selfi çəkmək üçün yerə enməsi halları ola bilər” - Vladimir Saldo öz Telegram kanalında verdiyi açıqlamada bildirib.

Ukraynanın cənub komandanlığının sözçüsü Natalia Humeniuk isə Xerson və Berislav şəhərləri ətrafındakı ərazilərdə “çox güclü bombardmanların” xəbərçisi olduğunu deyərək, xəbəri nə təsdiq, nə də təkzib edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR