İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kazan hava limanında dron təhlükəsinə görə “Kover” planı tətbiq edildi

Kazan Beynəlxalq Hava Limanında pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbilə “Kover” planı işə salınıb.

Musavat.com xəbər verir ki, bu tədbir hava limanının fəaliyyətinin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq edilib.

Rəsmi mənbələrdən bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində uçuşlar müvəqqəti olaraq dayandırılıb və müvafiq qurumlar hadisəni araşdırır. Hadisənin detalları barədə əlavə məlumat veriləcəyi gözlənilir.

“Kover” planı Rusiya hava limanlarında fövqəladə vəziyyətlər zamanı sərnişinlərin və personalın qorunması üçün tətbiq olunan xüsusi protokoldur. Hazırda hava limanının tam təhlükəsizliyinin təmin olunmasına yönəlik tədbirlər davam etdirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR