Onlayn ictimai-siyasi qəzet
Bu gün İranın Hörmüzqan əyalətinin Bəndər Kəngan şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Tehran Universitetinin Geofizika Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 07:18 radələrində qeydə alınıb.
Bildirilib ki, zəlzələ yer səthindən 20 kilometr dərinlikdə meydana gəlib.
Dağıntı və insan itkisi barədə məlumat yoxdur.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ