Onlayn ictimai-siyasi qəzet
İran mətbuatının yaydığı məlumata görə, bir neçə dəqiqə əvvəl yüzlərlə müxtəlif ballistik raketin işə salınması ilə İsrailə qarşı sərt cavab əməliyyatı başlanıb.
İsrail İran ərazisindən raket atışlarının qeydə alındığını, həmçinin İsfahan yaxınlığındakı İranın nüvə obyektinə hücum etdiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, İsrail ordusu İranın İsfahan vilayəti yaxınlığında yerləşən nüvə obyektinə hava hücumu həyata keçirdiyini rəsmən təsdiqləyib. Bildirilir ki, hücum zamanı İran ərazisindən də bir neçə raket atıldığı qeydə alınıb.
Bundan əvvəl İranın dövlətə yaxın SNN agentliyi xəbər vermişdi ki, ölkənin hava hücumundan müdafiə sistemləri İsrailə məxsus bir neçə döyüş təyyarəsi və pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub. İran tərəfi hücumun qarşısının böyük ölçüdə alındığını və strateji obyektlərin qorunduğunu iddia edir.
Hazırda hər iki tərəfdən rəsmi açıqlamalar davam edir və vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqlar artır.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ