İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Hipermarketdə silahlı ATIŞMA - Ölən və yaralananlar var - VİDEO

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

***

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində atışma olub.

Musavat.com xəbər verir ki, 2 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bir nəfər isə ölüb.

Ölən şəxsin bank inkassatoru olduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Alim Liftiyev,
TV Musavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR