İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! HƏMAS yeni silahını təqdim etdi: İsrailin hədəfləri belə vurulur - FOTOLAR

Hazırda Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatının əks-sədaları davam edir. Hücumlar nəticəsində yüzlərlə israilli həyatını itirib.

Musavat.com xəbər verir ki, bölgədə qarşıdurmaların davam etdiyi bir vaxtda HƏMAS-dan diqqətçəkən açıqlama gəlib.

HƏMAS-ın hərbi qanadının lideri İzzəddin əl-Qəssam briqadaları toqquşmalarda istifadə edilən yeni silahını nümayiş etdirib.

"Al Jazeera" telekanalı çiyindən atəş açan hava hücumundan müdafiə sisteminin HƏMAS tərəfindən istehsal edildiyinə dair məlumatlar yayıb.

Telekanal bu məlumatı HƏMAS-ın məsələ ilə bağlı bəyanatına əsaslandırıb.

Qəssam silahlıları bu silahla İsrailin hava hədəflərini vurur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR