İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistanda zəlzələ oldu

Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı (Ml) zəlzələ olub.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.

Ermənistanın Daxili İşlər Nazirliyi isə təbiət hadisəsinin yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə eynidir) vilayətin Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. DİN yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb:

“Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub”.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR