İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanın sözçüsü RƏSMƏN ELAN ETDİ - Seçkinin ikinci turu...

"Seçkinin ikinci turu bizim üçün daha asan olacaq. Aradakı fərqin bağlanacağını düşünmürəm".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Kalın vurğulayıb ki, prezidentliyə 3-cü namizəd Sinan Oğanın səsi dəyərlidir:

"Seçicilərimizin 5,2 faizi Sinan Oğana səs verib. Burada yeni bir dinamika var. Sinan bəyin gəldiyi siyasi ənənəyə baxanda onun mövqeyinin Cümhur İttifaqına daha yaxın olduğunu bilirəm. Onunla şəxsi tanışlığım da var. O, həm də yaxşı kampaniya aparıb. O, terrorizm və qaçqınlarla mübarizə məsələsində öz tezislərini dilə gətirdi. Dövlətin birliyi baxımından terror qruplaşmalarına dövlətin münasibətini açıq şəkildə gördük. Onun ikinci turda kimə üstünlük verəcəyini bilmirik".

Türkiyə liderinin sözçüsü Sinan Oğanla görüşmədiklərini bildirib:

"Biz öz kampaniya prosesimizə diqqət yetiririk. Prosesə baxıb dəyərləndirəcəyik. "Bazarlıq" sözü bəzən çox yersiz işlənir. Millətin fundamental məsələlərində bazarlıq ola bilməz. Biz özümüzdən kifayət qədər əminik, kampaniyanı bu günə qədər necə gətirmişiksə, qalan 12-13 günü də bu şəkildə keçirəcəyik. Türkiyənin öz milli maraqlarına görə bir yanaşma olarsa, Oğan ilə görüş qiymətləndiriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR